İran nüvə müqaviləsindən çıxmağa hazırlaşır? - Parlamentdə sensasion qanun layihəsi

İran nüvə müqaviləsindən çıxmağa hazırlaşır? - Parlamentdə sensasion qanun layihəsi
29.09.2026 08:20 Dünya

İran parlamentində ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə İran parlamenti sədrinin müavini Əli Nikzad məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsinin beynəlxalq nəticələri araşdırılır. Sənəd “fövqəladə əhəmiyyətli” statusla parlamentin plenar iclasına çıxarılacaq və həmin gün müzakirə ediləcək.

Nikzad həmçinin bildirib ki, İran ötən ilin sentyabrında Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırıb.

Parlament sədrinin müavini BAEA-nın baş direktoru Rafael Qrossinin fəaliyyətini tənqid edib və təşkilatın İrana nüvə enerjisi sahəsində yardım göstərəcəyinə ümid olmadığını deyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər