Avropa Rusiya ilə müharibəyə hazırlaşır? - Parlamentdə etiraf

Avropa Rusiya ilə müharibəyə hazırlaşır? - Parlamentdə etiraf
29.09.2026 08:36 Dünya

Bolqarıstanı təmsil edən Avropa Parlamentinin deputatı Petar Volqin Avropa İttifaqının (Aİ) Rusiya ilə mümkün silahlı münaqişəyə hazırlaşdığını bildirib.

TodayPress TV xəbər verir ki, “İzvestiya”ya açıqlama verən Volqinin sözlərinə görə, Avropa Parlamenti və Avropa Komissiyası Rusiyanı Aİ üçün əsas təhlükə kimi təqdim edir və avropalıları Moskva ilə mümkün qarşıdurmaya hazırlayır.

Deputat bildirib ki, Aİ qurumlarında keçirilən görüşlərdə əsas müzakirə mövzularından biri yenidən silahlanma və müdafiə imkanlarının gücləndirilməsidir. Onun fikrincə, bu addımlar Rusiya ilə mümkün müharibəyə hazırlıqdan xəbər verir.

Volqin Aİ rəhbərliyini də tənqid edib. O, Avropa elitasının Rusiya ilə bağlı siyasətini “sağlam düşüncədən uzaq” adlandırıb.

Qeyd edək ki, sentyabrın 26-da Avropa Şurasının baş katibi Alen Berset Aİ-nin Rusiya ilə mümkün münaqişəyə kifayət qədər hazır olmadığını bildirib. O, həmçinin birliyin hibrid təhdidlərə qarşı mübarizə imkanlarını inkişaf etdirməli olduğunu qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər