ABŞ-də dünyanın ən nəhəng zavodlarından biri tikiləcək
ABŞ Prezidenti Donald Tramp ölkə tarixində ən böyük polad zavodunun tikiləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Tramp “Mesabi Metallics” şirkətinin ABŞ tarixinin ən böyük polad zavodunu inşa edəcəyini bildirib.
“Bu gün məmnuniyyətlə elan edirik ki, “Mesabi Metallics” Amerika tarixində ən böyük polad zavodunu tikəcək. Bu, dünyanın ən böyük zavodlarından biri, şübhəsiz ki, isə Amerikanın ən böyük zavodu olacaq”, – deyə Tramp bildirib.
Kübra Musayeva