ABŞ-də həyəcan təbili: Ehtiyatların yarısı tükəndi
ABŞ müharibədən əvvəlki “Tomahawk” qanadlı raketlərinin təxminən üçdə birini, “Patriot” raketlərinin isə yarısını istifadə edib.
TodayPress TV xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, Vaşinqton yüksək dəqiqlikli raket ehtiyatlarını əvvəlki sürətlə bərpa edə bilmir. Son iki ay ərzində ABŞ hərbçiləri İrana qarşı 1 000-dən çox “Tomahawk” raketi buraxıb.
Məlumata görə, ABŞ-nin 2026-cı il üzrə istehsal gücü isə 400-dən bir qədər çox “Tomahawk” raketinin istehsalına imkan verir.
Pentaqonun əsas podratçıları istehsal gücünün artırılmasına milyardlarla dollar sərmayə qoyurlar. Lakin yeni istehsal edilən sursatların əhəmiyyətli hissəsinin ABŞ ordusunun arsenalına daxil olması vaxt aparacaq.
Kübra Musayeva