Sabiq Prezident: "Dünyanın Türkiyəyə ehtiyacı var"

Dünya

29.04.2026 07:30

Almaniyanın sabiq Prezidenti Kristian Vulf dünyanın Türkiyəyə ehtiyacının, Türkiyənin dünyaya olan ehtiyacından daha çox olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, alman-türk İş Şurasının İdarə Heyətinin iclasında etdiyi çıxışda danışıb.

Sabiq Prezident Almaniyanın Türkiyənin ən mühüm ticarət tərəfdaşı olduğunu vurğulayıb:

"Biz Türkiyə ilə əməkdaşlıq edirik və qarşılıqlı olaraq Almaniyanın Türkiyədəki imici hələ də son dərəcə müsbətdir. Belə olduğu təqdirdə, Türkiyə və Almaniya arasındakı bu potensialdan istifadə etməliyik".

Türkiyə və Almaniyanın böyük potensiala malik olduğunu ifadə edən Vulf, görüşün məqsədinin əməkdaşlıq imkanlarını açıq şəkildə dilə gətirmək, onları müəyyən etmək və mövcud potensialı reallaşdırmaq olduğunu diqqətə çatdırıb.

Aysel Mətləb

TodayPress TV

tag: Almaniya,Kristian Vulf,Türkiyə,Əməkdaşlıq,TodayPress TV,