Rutte Trampın Alyansdan duyduğu məyusluğu anladığını etiraf etdi

Rutte Trampın Alyansdan duyduğu məyusluğu anladığını etiraf etdi
09.04.2026 21:50 Dünya

NATO-nun Baş katibi Mark Rutte ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə əlaqədar Amerika lideri Donald Trampın Şimali Atlantika Alyansının hərəkətlərindən duyduğu məyusluğu qismən anladığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, aprelin 8-də Ağ Evdə ABŞ Prezidenti ilə keçirdiyi görüş barədə danışarkən qeyd edib.

"Bu yaxşı, səmimi və dürüst bir söhbət idi. Mən onun məyusluğunu aydın şəkildə hiss etdim və bunu müəyyən dərəcədə anlayıram", - deyə Rutte vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər