Rusiyanın neft emalı zavoduna zərbə: Yanğın baş verdi

Rusiyanın neft emalı zavoduna zərbə: Yanğın baş verdi
28.06.2026 13:02 Dünya
Rusiyanın Krasnodar diyarına dron hücumu nəticəsində neft emalı zavodunda (NEZ) yanğın baş verib.

TodayPress TV  xəbər verir ki, bu barədə regionun Operativ Qərargahının "Telegram" kanalında məlumat paylaşılıb.

Məlumata görə, yanğın vurulmuş aparatın qalıqlarının düşməsi səbəbindən baş verib.

İlkin məlumata görə, xəsarət alan yoxdur. Qalıqların düşdüyü yerlərdə operativ və xüsusi xidmətlər çalışır.

Krasnodar diyarının Anapa, Tuapse dairəsi və Krım rayonunda PUA hücumu təhlükəsi qüvvədə qalmaqda davam edir.

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər