Rusiya yeni mina təmizləmə sistemi hazırladı
"Rostec" mütəxəssisləri yeni robotlaşdırılmış lazer mina təmizləmə sisteminin prototipini hazırlayıblar.
TodayPress TV xəbər verir ki, bu cihaz "Gələcəyin mühəndisləri" adlı beynəlxalq forumda təqdim olunub.
Sistem güclü lazer şüası ilə işləyir və minaları, partlamayan sursatları, hətta əldəqayırma partlayıcı qurğuları təhlükəsiz şəkildə zərərsizləşdirir. Lazer partlayıcının gövdəsini yandırır və içindəki maddəni partlamadan əridərək təhlükəni aradan qaldırır.
Cihaz batareya ilə işləyir və uzaqdan – radio və ya fiber optik vasitəsilə idarə olunur. Bu, operatorun bir neçə kilometr uzaqda təhlükəsiz şəraitdə işləməsinə imkan verir.
Məhsulun seriyalı istehsala tam hazır olduğu və yüngül çəkili dizayna malik olduğu bildirilir.
Türkan İsgəndərli