Rusiyadan Zəngəzuru qarışdıran açıqlama

Rusiyadan Zəngəzuru qarışdıran açıqlama
29.06.2026 16:25 Dünya

Rusiya Xarici İşlər Nazirliyi TRİPP nəqliyyat layihəsinin həyata keçirilməsi perspektivlərinin qeyri-müəyyən olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Rusiya XİN bildirib ki, ABŞ və İsrailin İrana qarşı addımlarından sonra Tehranın ABŞ-nin ölkənin şimal sərhədləri yaxınlığında iştirakına münasibətinin müsbət olmayacağı ehtimal edilir.

Bildirilib ki, TRİPP layihəsinin Ermənistanda Rusiya sərhədçiləri tərəfindən qorunan ərazidən keçməsi nəzərdə tutulur.

Rusiya tərəfi hesab edir ki, layihənin icrası ilə bağlı qərarlar qəbul edilərkən həm Rusiyanın, həm də Avrasiya İqtisadi Birliyinin mövqeyi nəzərə alınmalıdır.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər