Rusiya XİN-dən Ukrayna ilə bağlı AÇIQLAMA: "Buna hazırıq!"
Dünya
15.02.2026 09:40
Rusiya hakimiyyəti münaqişə nizamlandıqdan sonra Ukraynada xarici idarəçiliyin tətbiqi ideyasını müzakirə etməyə hazır olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "TASS"a müsahibəsində deyib.
O bildirib ki, Ukraynada BMT himayəsi altında xarici idarəçiliyin tətbiqi təklifi yeni deyil və beynəlxalq təşkilatın sülhməramlı fəaliyyətində oxşar presedentlər olub.
Diplomat qeyd edib ki, Rusiya ümumilikdə ABŞ, Avropa və digər ölkələrlə birlikdə Kiyevdə müvəqqəti xarici idarəçiliyin tətbiqi imkanını müzakirə etməyə hazırdır.
Qaluzin istisna etməyib ki, bu təşəbbüsün həyata keçirilməsi Ukraynada demokratik seçkilərin keçirilməsinə şərait yarada bilər. Onun sözlərinə görə, belə halda hakimiyyətə “fəaliyyət qabiliyyətli hökumət” gələ və Moskva həmin hökumətlə tamhüquqlu sülh sazişi imzalaya bilər.
Nazir müavini əlavə edib ki, hazırda Ukraynada xarici idarəçiliyin tətbiqi ideyası geniş şəkildə müzakirə olunmur.
Qiymət Mahir
tag: Mixail Qaluzin,ABŞ,Avropa,Rusiya,Ukrayna,TodayPress TV,
