Rusiya xarici sürücülər üçün qalma müddətini uzatdı

Rusiya xarici sürücülər üçün qalma müddətini uzatdı
29.04.2026 17:35 Dünya

Rusiya hökuməti MDB ölkələri və Gürcüstandan olan sürücülər üçün ölkədə müvəqqəti qalma müddətini artırıb.

TodayPress TV xəbər verir ki, yeni qərara əsasən, bu müddət artıq bir təqvim ili ərzində ümumilikdə 180 günə qədər uzadılıb.

Qərar beynəlxalq yük daşımaları ilə məşğul olan və Rusiyaya vizasız daxil olan sürücülərə şamil olunur.

Rəsmi sənəddə bildirilir ki, bu imtiyazdan yararlanmaq üçün sürücülər ölkəyə giriş zamanı müvafiq müraciət etməli və müəyyən edilmiş qaydalara uyğun şəkildə Rusiyada qalmalıdırlar.

Türkan İsgəndərli

TodayPress TV


XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər