Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Ankaraya səfər etdi

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Ankaraya səfər etdi
28.11.2025 17:25 Dünya

Noyabrın 27-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Ankaraya işgüzar səfərə gedib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində keçirilən mətbuat konfransında bildirib.

"Noyabrın 27-də hörmətli cənab Narışkin Ankarada idi və orada Rusiyanın planla bağlı mövqeyini bizə şərh etdi. Bu mövzuda inkişaflar var və biz bütün bunları dəyərləndirmişik", - deyə o, bildirib.

Qeyd edək ki, Rusiya tərəfi Narışkinin Türkiyəyə səfərini açıqlamayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər