Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir
Moskva və Dəməşq bir ildən çox davam edən fasilədən sonra müntəzəm sərnişin aviaəlaqəsini bərpa edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" "Syrian Airlines" aviaşirkətinə istinadən məlumat yayıb.
Xatırladaq ki, Suriya və Rusiya paytaxtları arasında birbaşa aviaəlaqə ərəb respublikasında mürəkkəb daxili siyasi vəziyyət və Dəməşq beynəlxalq hava limanının müvəqqəti bağlanması səbəbindən 2024-cü ilin dekabrında dayandırılmışdı.
Aysel Mətləb