Rusiya Ukraynaya 120 PUA ilə hücum etdi

Rusiya Ukraynaya 120 PUA ilə hücum etdi
21.02.2026 12:58 Dünya

Fevralın 21-i gecə saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynaya "İskəndər-M" ballistik raketi və 120 pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Fevralın 21-i gecə saatlarında bir "İskəndər-M" ballistik raketi, həmçinin "Shahed", "Gerber", "İtalmas" tipli və digər növ 120 zərbə PUA-sı ilə hücum həyata keçirilib", - deyə mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, hücum nəticəsində 11 yerdə zərbə faktı qeydə alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər