Rusiya Ukraynanın işığını yanmağa qoymur

Rusiya Ukraynanın işığını yanmağa qoymur
06.07.2026 17:35 Dünya

Rusiyanın endirdiyi zərbələrdən sonra Ukraynanın altı vilayətində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, Dnepropetrovsk, Zaporojye, Kiyev, Sumı, Xarkov və Çerniqov vilayətlərində enerji infrastrukturuna ziyan dəydiyi üçün istehlakçılar müvəqqəti olaraq işıqsız qalıblar.

Elektrik təchizatının nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyulun 6-da gecə saatlarında Ukraynanın hərbi-sənaye və yanacaq-energetika kompleksinə məxsus obyektlərə yüksək dəqiqlikli uzaqmənzilli silahlar və pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini açıqlayıb. Rusiya tərəfi bu hücumların Ukraynanın Rusiya ərazisindəki mülki infrastruktura endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyini bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər