Rusiya-Ukrayna danışıqları Vatikanda keçirilə bilər

Rusiya-Ukrayna danışıqları Vatikanda keçirilə bilər
22.05.2025 09:46 Dünya

Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanmasına dair ikinci raund danışıqların iyun ayının ortalarında Vatikanda baş tutması gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, danışıqlarda ABŞ dövlət katibi Marko Rubio başda olmaqla Amerika nümayəndə heyətinin də iştirakı planlaşdırılır. Həmçinin ABŞ prezidentinin Rusiya və Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq da heyətə daxil ediləcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər