Rusiya UEFA-ya qayıtmaq istəyir
Rusiya Futbol İttifaqı (RFU) UEFA-dan Rusiya millisinin turnirlərdə iştirakına qarşı təzyiqlərin aradan qaldırılmasını istəyir.
TodayPress TV "Tass"a istinadən xəbər verir ki, RFU-nun baş katibi Maksim Mitrofanov xarici siyasətdəki vəziyyət nəzərə alınmaqla hələ ümid olduğunu və UEFA-nın təzyiq altında qalmamalı olduğunu bildirib.
Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynadakı vəziyyət səbəbindən UEFA və Beynəlxalq Futbol Federasiyası Rusiya klub və komandalarının beynəlxalq turnirlərdə iştirakını dayandırmışdı.
Jalə Rövşən