Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş
“Telegram”ın həmtəsisçisi Pavel Durov Rusiyanın onu terrorçular və ekstremistlər siyahısına daxil etməsinin səbəbinin platformanın kütləvi izləmə və senzura tələblərini yerinə yetirməkdən imtina etməsi olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Durov bu barədə sosial şəbəkə hesabında paylaşım edərək qərarı tənqid edib. O, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Taliban nümayəndələri ilə görüşünü xatırladaraq, qərarı istehzalı şəkildə həmin hadisə ilə müqayisə edib.
Durovun paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.