Rusiya: "Telegram" məlumatları hərbi məqsədlərlə istifadə oluna bilər
Dünya
21.02.2026 11:50
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna Silahlı Qüvvələri və Ukraynanın xüsusi xidmət orqanlarının "Telegram" messencerində yerləşdirilən məlumatları hərbi məqsədlər üçün istifadə edə biləcəyinə dair etibarlı məlumata malik olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
Qurumun bəyanatında qeyd olunub ki, Ukrayna tərəfi tərəfindən messencerdə paylaşılan məlumatlar operativ şəkildə əldə edilə bilər və bundan hərbi məqsədlərlə istifadə imkanı mövcuddur.
Eyni zamanda vurğulanıb ki, son üç ay ərzində Rusiya hərbçilərinin xüsusi əməliyyat zonasında "Telegram"dan istifadə etməsi dəfələrlə onların həyatı üçün təhlükə yaradıb. Bildirilib ki, bu nəticələr messencerin fəaliyyətinin təhlili əsasında əldə olunan çoxsaylı etibarlı məlumatlara əsaslanır.
Türkan İsgəndərli
tag: Rusiya,Telegram,Məlumat,Kəşfiyyat,Todaypress.tv,
