Rusiya "Sülh Şurası"na 1 milyard dollar ayırmağa hazırdır
Dünya
22.01.2026 16:37
Rusiya ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası"na 1 milyard dollar ayırmağa hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremlində Fələstin Prezidenti Mahmud Abbas ilə danışıqlar zamanı bildirib.
Putin qeyd edib ki, bu vəsait ilk növbədə Qəzza sektorunun bərpasına, eləcə də ümumilikdə Fələstin problemlərinin həllinə sərf olunacaq.
Rusiya Prezidenti açıqlayıb ki, sözügedən məbləğ ABŞ-də əvvəlki administrasiya dövründə dondurulmuş Rusiya vəsaitlərindən ayrılması ehtimalı əsasında müzakirə olunur. Onun sözlərinə görə, bu variant Moskva ilə Vaşinqton arasında artıq müzakirə edilib.
Mahmud Abbas isə vurğulayıb ki, Rusiya tarixən Fələstini dəstəkləyib və Moskvanın maliyyə yardımı Fələstin üçün “böyük əhəmiyyət” daşıyır.
Qiymət Mahir
tag: Rusiya,ABŞ,Donald Tramp,Sülh Şurası,Todaypress.tv,
