Rusiya səfiri: "Şimali koreya ilə tərəfdaşlıq sabitliyə xidmət edir"
Rusiya ilə KXDR arasında strateji tərəfdaşlıq Koreya yarımadasında güc balansının və sabitliyin qorunmasına töhfə verir.
TodayPress TV xəbər verir ki, bunu Rusiyanın Koreya Respublikasındakı səfiri Georgi Zinovyev "TASS"a müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlığın qarşılıqlı faydalı şəkildə gücləndirilməsi, o cümlədən Koreya Respublikası da daxil olmaqla, üçüncü ölkələrə qarşı yönəlməyib.
"Biz hesab edirik ki, Moskva ilə Pxenyan arasında əməkdaşlıq Koreya yarımadasında güc balansının və sabitliyin qorunmasına xidmət edir",- səfir bildirib.
Jalə Rövşən