Rusiya ordusu Ukraynadakı SOCAR-a hücum etdi - VİDEO
Rusiya ordusu Ukraynanın Odessa vilayətində fəaliyyət göstərən SOCAR yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları ilə hücum edib.
TodayPress TV xəbər verir ki, məlumata görə, dronlar yanacaqdoldurma məntəqəsini iki dəfə hədəfə alıb. Hadisə nəticəsində dəyən ziyanın həcmi, eləcə də ölən və ya yaralananların olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir. Hücumun digər təfərrüatları araşdırılır.