Rusiya bu ərazini işğal etməyə hazırlaşır – RƏSMİ

Dünya

09.04.2026 11:57

Rusiya Ay proqramı çərçivəsində gələcəkdə “suveren ərazilər” yaratmağı planlaşdırır.


TodayPress TV xəbər verir ki, bunu alim Sergey Çernışev Rusiya Elmlər Akademiyasının iclasında deyib.


O bildirib ki, “Kosmik elm” federal layihəsi Rusiyanın Ayın fəal tədqiqində lider dövlətlər sırasında qalmasına imkan verəcək.


Çernışevin sözlərinə görə, proqram iki mərhələdən ibarət olacaq:


“Birinci mərhələdə Ay səthinə eniş və tədqiqat texnologiyaları hazırlanacaq, ikinci mərhələdə isə Ay bazalarının elementləri yaradılacaq”.


Alim qeyd edib ki, bu proqram uzunmüddətli perspektivdə Ay səthində Rusiyaya məxsus zonaların ayrılmasına şərait yarada bilər.


Məlumata görə, layihənin maliyyələşməsi 2036-cı ilə qədər 4,4 trilyon rubl təşkil edəcək.


Qeyd edək ki, 1967-ci il Kosmos müqaviləsinə əsasən, Ay və digər səma cisimləri heç bir dövlət tərəfindən suveren şəkildə mənimsənilə bilməz.


tag: Rusiya ,Ay,Sergey Çernışev,Proqram,TodayPress TV,