Rusiya bir gündə 180 Ukrayna PUA-sını vurdu
Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində ölkə regionları və Qara dənizin akvatoriyası üzərində 180 Ukrayna PUA-sını ələ keçirərək məhv edib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Gün ərzində Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək (Bakı vaxtı ilə 09:00-21:00) növbətçi hava hücumundan müdafiə vasitələri Belqorod, Bryansk, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Oryol, Rostov, Ryazan və Tula vilayətlərinin, Krım Respublikasının əraziləri və Qara dənizin akvatoriyası üzərində 180 Ukrayna təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib", - deyə qeyd olunub.
Aysel Mətləb