Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar saatlardır davam edir

Dünya

17.02.2026 20:50

Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri Cenevrədə yerləşən “InterContinental Geneva” otelində qapalı formatda danışıqlar aparır. 

TodayPress TV xəbər verir ki, görüşlər mətbuat üçün bağlı keçirilir. 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Cenevrədə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi əvvəlki Rusiya-Ukrayna-ABŞ təhlükəsizlik üzrə işçi qrupunun Əbu-Dabidə baş tutmuş iki raund məsləhətləşmələri ilə müqayisədə genişləndirilib. O qeyd edib ki, Cenevrədə müzakirə olunacaq məsələlərin dairəsi də artırılıb və tərəflər, xüsusilə, ərazi məsələləri üzrə danışıqlar aparacaqlar. 

Peskovun sözlərinə görə, Medinski Rusiya nümayəndə heyətinin rəhbəri olaraq qalır və o, Əbu-Dabidə keçirilən görüşlərdə iştirak etməyib. 

Qeyd edək ki, Medinski sonuncu dəfə Rusiya-Ukrayna danışıqlarında 2025-ci ilin iyul ayında Istanbul şəhərində keçirilən görüşdə şəxsən iştirak edib. 

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,Peskov,Ukrayna,ABŞ,Todaypress.tv,