Rumıniyada yeni hökumət qurulur

Rumıniyada yeni hökumət qurulur
09.06.2025 12:50 Dünya

Rumıniya prezidenti Nikuzor Dan bildirib ki, ölkədə yeni hökumət təxminən on gün ərzində qurula bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə o, "Digi24" telekanalına açıqlamasında deyib.

Prezidentin sözlərinə görə, parlament fraksiyalarının liderləri ilə danışıqlardan sonra Sosial Demokrat Partiyası (PSD) ilə koalisiya yaradaraq möhkəm hökumət qurmaq mümkündür. Bu isə ölkənin büdcə kəsirini azaltmaq üçün vacib sayılır.

Bildirilir ki, buna baxmayaraq, PSD daxilində birlik yoxdur. Bəzi liderlər hakimiyyətdə iştirakın tərəfdarıdır, digərləri isə partiyanın “konstruktiv müxalifət”də qalmasını istəyir.

Siyasi müşahidəçilər qeyd edirlər ki, sosial-demokratlar koalisiyaya qoşulmaq üçün yüksək siyasi “qiymət” tələb edirlər və hökumətdə əsas mövqelər uğrunda pərdəarxası danışıqlar gedir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər