Rumıniya: ABŞ təyyarələri bazalardan silahla uçuş etmir

Dünya

24.03.2026 13:15

"Rumıniyada yerləşdirilən ABŞ hərbi təyyarələri Yaxın Şərqə uçuşlar zamanı üzərində silah və partlayıcı daşımır".

TodayPress TV xəbər verir ki, bunu Rumıniyanın müdafiə naziri Radu Mirutsa "B1TV" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, parlamentin qərarı əsasında Otopenidəki 90 saylı baza və Mixail Koqalniçanu bazasında yerləşdirilən ABŞ təyyarələrinin partlayıcı yüklə uçuşuna icazə verilmir.

Nazir qeyd edib ki, təyyarələrin hansı istiqamətə uçacağını ABŞ tərəfi özü müəyyən edir.

Mirutsa bildirib ki, hazırda Rumıniya ərazisində 7 ABŞ təyyarəsi yerləşir və parlament qərarına əsasən bu say 15-ə qədər artırıla bilər.

O əlavə edib ki, 11 mart tarixli qərara əsasən, Rumıniyada İrana qarşı əməliyyatlara dəstək məqsədilə yanacaq dolduran təyyarələr, müşahidə avadanlıqları, peyk rabitə sistemləri və 400–500 hərbçi müvəqqəti yerləşdiriləcək.

Qiymət Mahir

tag: Rumıniya,ABŞ ,Yaxın Şərq,Radu Mirutsa,TodayPress TV,