Rubio: "Trampdan gizlənib yatmalı oluram"

Dünya

28.01.2026 16:35

ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, xarici səfərlər zamanı prezident təyyarəsi "Air Force One"da yatmaq üçün ABŞ Prezidenti Donald Trampdan sözün əsl mənasında gizlənməyə məcbur qalır.

TodayPress TV xəbər verir ki, Rubio bu barədə "New York Magazine" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, istirahət üçün təyyarədəki xidməti kabinetlərdən birindən istifadə edir, üzünü tam örtüb bürünür ki, kənardan adi Ağ Ev əməkdaşı təsiri bağışlasın.

Rubio qeyd edib ki, uçuş zamanı Donald Tramp dəhlizlərdə gəzərək kimin yatıb-yatmadığını yoxlayır.

“Mən istəyirəm ki, o düşünsün ki, bu, sadəcə bir əməkdaşdır. Dövlət katibini divanda yatarkən görüb "bu adam zəifdir" deməsini istəmirəm”, — deyə Rubio bildirib.

Qiymət Mahir

tag: ABŞ,Rubio ,Donald Tramp,Air Force One,Todaypress.tv,