Rubio Rusiya rəsmiləri ilə görüşəcək

Rubio Rusiya rəsmiləri ilə görüşəcək
17.10.2025 12:09 Dünya

ABŞ dövlət katibi Marko Rubio gələn həftə Budapeştdə keçiriləcək Tramp və Putin görüşünün gündəliyini müzakirə etmək üçün Rusiya rəsmiləri ilə görüşəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Rubio Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün Rusiyaya müxtəlif iqtisadi stimullar təklif edə bilər. Həmçinin ABŞ Kiyevi daha uzun mənzilli silahlarla təmin etməyi və sanksiyaları sərtləşdirməklə təzyiq göstərməyi planlaşdırır.

Bundan əlavə, Nümayəndələr Palatasının lideri Con Tun yaxın zamanda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacağını bildirib. O, bu qanun layihəsinin "növbəti 30 gün ərzində" qəbul edilə biləcəyini söyləyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər