Rubio: "Livan-İsrail əlaqələri "Hizbullah"ın təsirinə son qoymaq məqsədi daşıyır"

Rubio: "Livan-İsrail əlaqələri "Hizbullah"ın təsirinə son qoymaq məqsədi daşıyır"
14.04.2026 21:00 Dünya

ABŞ-nin rəhbərliyi ilə İsrail və Livan arasında təmaslar davamlı sülh və “Hizbullah”ın təsirinə son qoymaq barədə razılaşmalarla nəticələnəcək.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Livan və İsrail diplomatları arasında ilkin danışıqların açılışında bildirib.

"Bu, tarixi bir fürsətdir. Amma biz onilliklər boyu davam edən tarixə və mürəkkəbliyə qarşı işlədiyimizi başa düşürük", - deyə Rubio vurğulayıb və əlavə edib ki, hazırkı danışıqlar atəşkəsdən daha çox Livanda İsrailin hərbi əməliyyatlarına son qoymaqdan ibarətdir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər