Rubio Kuba hökumətini “böyük problemlər”lə hədələdi

Rubio Kuba hökumətini “böyük problemlər”lə hədələdi
04.01.2026 21:45 Dünya

ABŞ dövlət katibi Marko Rubio Kuba hökumətinin Vaşinqton üçün ciddi problem yaratdığını və onu “böyük çətinliklərin” gözlədiyini bildirib.

TodayPress TV xəbər verir ki, Rubio "NBC News" telekanalına müsahibəsində Kubanın ABŞ hakimiyyətinin növbəti hədəfi olub-olmayacağı ilə bağlı suala cavabında deyib ki, Kuba hökuməti böyük problemdir və “onları böyük problemlər gözləyir”.

ABŞ dövlət katibi Vaşinqtonun Havana ilə bağlı atacağı konkret addımları açıqlamaqdan imtina edib.

Bununla belə, o vurğulayıb ki, ABŞ-nin mövcud Kuba hökumətinin tərəfdarı olmadığı heç kim üçün sirr deyil.

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər