Rodrigez: "İstənilən “xarici təcavüzkar” müqavimətlə üzləşəcək"
Kuba xarici işlər nazirinin müavini Anayansi Rodrigez Kamejo istənilən “xarici təcavüzkar”ın xalqın müqaviməti ilə üzləşəəyini deyib.
TodayPress TV xəbər verir ki, o, bunu Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədə deyib.
“Kuba siyasi sisteminin danışıqlar mövzusu olmadığını qəti şəkildə təsdiqləyə bilərəm. Eyni zamanda nə prezidentin, nə də hər hansı məmurun mövqeyi danışıqlar predmeti deyil”,-nazir müavini deyib.
Onun sözlərinə görə, Kuba ABŞ ilə dialoqa açıqdır, lakin ölkənin siyasi sistemi və rəhbərliyi ilə bağlı məsələlər müzakirə mövzusu ola bilməz.
Qeyd edək ki, aprelin 13-də ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı vəziyyət həll edildikdən sonra ABŞ-nin “Kubaya diqqət yetirə biləcəyini” bildirib. Amerika lideri həmçinin dəfələrlə Venesuelanın ABŞ təzyiqi altında adaya neft tədarükünü dayandırmasından sonra Kuba hökumətinin və iqtisadiyyatının çökməyə yaxın olduğunu iddia edib. Fevralın 27-də Ağ Ev rəhbəri ABŞ-nin “Kuba üzərində dostyana nəzarət qura biləcəyini” də söyləyib.
Jalə Rövşən