Rejissor Trampı yeni filmində çəkmək istəyir

Rejissor Trampı yeni filmində çəkmək istəyir
02.09.2025 13:10 Dünya

Amerikalı rejissor Vudi Allen yeni filmində ABŞ Prezidenti Donald Trampı canlandırmaq istəyir. 

TodayPress TV xəbər verir ki, bunu o, amerikalı komediyaçı və teleaparıcı Bill Maherlə podkast zamanı deyib. 

“Yeganə arzum onu indi çəkmək olardı. Əgər prezident olduğu vaxt mənə çəkilməyə razılıq versəydi, düşünürəm ki, möcüzələr yarada bilərdim”, - deyə rejissor bildirib. 

Qeyd edək ki, Vudi Allen Trampı 1998-ci ildə ekranlara çıxan “Celebrity” filmində çəkib. 

“Çox yaxşı aktyor idi, çalışqan və nəzakətli davrandı, hər şeyi düzgün etdi” deyə rejissor onun haqqında bildirib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər