Quterreş: "Venesuelanın təbii sərvətləri ölkə xalqına məxsusdur"
Dünya
07.01.2026 23:40
Venesuelanın təbii sərvətləri ölkə xalqına məxsusdur və dənizlərdə həyata keçirilən istənilən hüquq-mühafizə tədbirləri beynəlxalq hüquqa uyğun olmalıdır.
TodayPress TV xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş Venesuelanın təşkilatdakı daimi nümayəndəsi Samuel Monkada ilə görüşündə deyib.
Görüşdə Venesueladakı mövcud vəziyyət və regionda baş verən son proseslər müzakirə olunub. Baş katib ABŞ-nin Venesuela ilə bağlı hərbi addımlarına dair təşkilatın mövqeyini bir daha xatırladaraq, eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıb.
A.Quterreş həmçinin Venesuelada mümkün inklüziv milli dialoqun dəstəklənməsi məqsədilə xoş niyyətli vasitəçilik imkanlarını təklif etməyə hazır olduğunu bildirib.
tag: Venesuela, Ölkə, ABŞ, BMT, Quttereş, todaypress.tv,
