Quterreş: "Ukrayna üçün sülh ərazi bütövlüyünü təmin etməlidir"
Dünya
21.02.2026 10:55
"Ukrayna ilə bağlı mümkün sülh müqaviləsi ölkənin suverenliyini, müstəqilliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tam təmin etməlidir".
TodayPress TV xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib.
O qeyd edib ki, Rusiya Federasiyasının tammiqyaslı işğalından sonra ötən illər ərzində Ukrayna böyük itkilər verib, mülki şəxslər və enerji infrastrukturu hücumlara məruz qalıb, ciddi insan haqları pozuntuları baş verib.
Baş katib Ukrayna üçün ədalətli sülhün əldə olunmasına yönəlmiş bütün səyləri alqışladığını vurğulayıb və bildirib ki, bu sülh BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olmalıdır.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrə danışıqlarında Donbasdan qoşunların çıxarılması və Zaporojye Atom Elektrik Stansiyasının taleyi ilə bağlı məsələlərin müzakirə edildiyini açıqlayıb. O, tərəflərin mövqelərinin fərqli olduğunu və Rusiyanın danışıqları uzatmağa çalışdığını iddia edib.
Türkan İsgəndərli
tag: Ukrayna,Sülh,BMT,Quterreş,Todaypress.tv,
