TƏCİLİ: Azərbaycanlıların yaşadığı ərazidə zəlzələ baş verdi
Gürcüstanın cənub-qərbində 3,1 maqnitudalı zəlzələ baş verib.
TodayPress TV "Report"a istinadla xəbər verir ki, yeraltı təkanlar saat 22:20-də Dmanisi şəhərindən 19 kilometr, Tbilisidən isə 62 kilometr məsafədə yerləşən Məmişli kəndi yaxınlığında baş verib.
Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Gürcüstanın Dmanisi bələdiyyəsinə daxil olan Məmişli kəndində minə yaxın insan yaşayır. Kənd əhalisinin 99%-i azərbaycanlılardır.