Qrossi: "Buşehr atom elektrik stansiyası hücuma məruz qalmayıb"
İran hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinə (AEBA) məlumat verib ki, Buşehr atom elektrik stansiyasına hər hansı hücum baş verməyib, Natanz nüvə obyektində isə radiasiya səviyyəsində artım müşahidə olunmur.
TodayPress TV xəbər verir ki, bu barədə AEBA-nin baş direktoru Rafael Qrossi sosial şəbəkə “X” hesabında açıqlama yayıb.
“İran hakimiyyəti AEBA-ni məlumatlandırıb ki, Buşehr Atom Elektrik Stansiyası hədəfə alınmayıb və Natanz obyektində radiasiya səviyyəsində artım qeydə alınmayıb" , - Qrossi bildirib.
Qiymət Mahir