Qrenlandiyadan ABŞ-yə MESAJ
Dünya
05.01.2026 14:25
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ Prezidentı Donald Trampın adanı ilhaq etmək niyyəti ilə bağlı açıqlamalarını “hörmətsizlik” adlandırıb və ABŞ-ni təhdid və təzyiqləri dayandırmağa çağırıb.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Nilsen Qrenlandiyanın böyük dövlətlər arasında mübahisə obyekti olmadığını və dialoqun yalnız beynəlxalq hüquqa uyğun, düzgün kanallar vasitəsilə aparılmalı olduğunu deyib.
O qeyd edib: “Qrenlandiya bizim evimiz və ərazimizdir və belə də qalacaq.”
Xatırladaq ki, Tramp Qrenlandiyanın ABŞ-yə təhvil verilməsinin müdafiə və təhlükəsizlik üçün vacib olduğunu demişdi.
ABŞ-nin siyasət üzrə müavini Stiven Millerin həyat yoldaşı Keti Miller isə sosial mediada Qrenlandiyanın xəritəsini ABŞ bayrağı rəngləri ilə paylaşmışdı.
Xatırladaq ki, Danimarka Baş naziri Mette Frederiksen və diplomat Jesper Møller də ABŞ-ni ölkənin ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Jalə Rövşən
tag: Qrenlandiya,ABŞ,Donald Tramp ,Yens-Frederik Nilsen,Todaypress.tv,
