Qrenlandiya ABŞ ilə danışıqlarda “qırmızı xətləri” açıqladı
Dünya
28.01.2026 14:59
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ ilə aparılacaq danışıqlarda keçilməyəcək “qırmızı xətlərin” olduğunu bildirib,
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Yens-Frederik Nilsen və Danimarkanın Baş naziri Mette Frederiksen Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşərək ABŞ Prezidenti Donald Trampın Arktikadakı adanı nəzarətə götürmək təşəbbüsü fonunda dəstək toplamağa çalışıblar. Qrenlandiya, Danimarka və ABŞ arasında böhranın həlli məqsədilə danışıqların planlaşdırıldığı bildirilsə də, Nilsen bəzi mövqelərin istənilən razılaşma çərçivəsində belə dəyişməz qalacağını vurğulayıb.
Nilsen Parisdə, "Sciences Po" Universitetində Frederiksenlə birgə söhbət zamanı bildirib:
“Biz ciddi təzyiq altındayıq. Xaricdən gələn təzyiqlərə qarşı durmağa çalışırıq. Eyni zamanda qorxan, narahat olan insanlarımızla işləməyə çalışırıq”.
Bununla yanaşı, Qrenlandiya Baş naziri qeyd edib ki, Rusiyanın hazırkı davranışı regionda müşahidə və təhlükəsizlik tədbirlərinin artırılmasını zəruri edir:
“Rusiyanın indiki addımlarını nəzərə alaraq, bölgəmizdə nəzarət və təhlükəsizlik sahəsində daha çox iş görməliyik”.
Qiymət Mahir
tag: Qrenlandiya ,Frederiksen,ABŞ ,Nilsen ,Todaypress.tv,
