Qlobal uçuş sayı azaldılır

Dünya

19.04.2026 10:11

Beynəlxalq aviaşirkətlər yanacaq qiymətlərinin kəskin artması səbəbindən uçuşları azaltmağa başlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata əsasən, Niderlandın “KLM” aviaşirkəti tezliklə Amsterdamdan 80 ikitərəfli uçuşu ləğv edəcək.

“United Airlines”, “Lufthansa” və “Cathay Pacific Airways” aviadaşıyıcıları da bundan əvvəl oxşar tədbirlər görüblər.

Bununla yanaşı "Cirium" analitik şirkəti qlobal daşıma həcmlərinin may ayında 3% azalacağını bildirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yanacaq,Uçuş,Aviaşirkət,Daşıma,Todaypress.tv,