Qlobal günəş enerjisi qurğuları 64% artdı
Qlobal günəş enerjisi quraşdırmaları 2025-ci ilin ilk yarısında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 64% artaraq 380 giqavata çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, günəş enerjisi təkcə sürətli artım nümayiş etdirmir, həm də qlobal enerji sisteminin transformasiyasında əsas rol oynayır.
Qeyd edək ki, son illərdə günəş enerjisindəki sürətli inkişaf onu dünyada yeni elektrik istehsalında ən sürətlə böyüyən enerji mənbəyinə çevirib.
Aysel Mətləb