"Qiyamət günü radiosu" yenidən efirdə: Sirli mesaj yayımlandı

"Qiyamət günü radiosu" yenidən efirdə: Sirli mesaj yayımlandı
25.05.2026 04:00 Dünya

"Qiyamət günü radiosu" kimi tanınan UVB-76 stansiyası ardıcıl ikinci gündür efirə çıxaraq yeni şifrəli mesaj yayımlayıb.

TodayPress TV xəbər verir ki, məlumat stansiyanın "Telegram" kanalında paylaşılıb.

Efirə verilən mesaj belə olub:

"TОD3 U352 DXQЕ 94066 09270 32781 SКАZОPАТ 7507 4374 SNOPOTYUL 5422 8119".

Adətən UVB-76 davamlı uğultuya bənzər siqnal yayımlayır və yalnız nadir hallarda bu cür kodlaşdırılmış mesajlar ötürür. Bu xüsusiyyətinə görə ona "juzjalka" (uğultu radiosu) adı verilib.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər