Qırmızı bülletenlə axtarılan 14 nəfər Türkiyəyə gətirildi

Dünya

28.01.2026 14:40

Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya İnterpolun qırmızı bülletenində axtarışda olan 13 cinayətkarın və milli səviyyədə axtarışda olan bir cinayətkarın Türkiyəyə gətirildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, müxtəlif cinayətlərdə ittiham olunanlardan doqquzu Gürcüstan, ikisi Almaniya, üçü isə Ermənistan, Xorvatiya və Monteneqrodan ekstradisiya edilib.

"Beynəlxalq axtarışda olan 13 nəfər və ölkə daxilində axtarışda olan 1 nəfər tutularaq ölkəmizə ekstradisiya edilib. Axtarışda olmalarından asılı olmayaraq, mütəşəkkil cinayətkar qrupların üzvlərini və narkotik qaçaqmalçılarını bir-bir tutub ölkəmizə qaytaracağıq”, - deyə Əli Yerlikaya qeyd edib.

Aysel Mətləb

TodayPress TV

tag: Türkiyə,Əli Yerlikaya,İnterpol,İttiham,Cinayət,Todaypress.tv,