Qırğızıstanda rus dili məhdudlaşdırılır

Qırğızıstanda rus dili məhdudlaşdırılır
25.06.2025 15:02 Dünya

Qırğızıstanda rus dilində televiziya və radio yayımını məhdudlaşdıran qanun layihəsi təsdiqlənib. 

TodayPress TV xəbər verir ki, bu barədə "24.kg" xəbər agentliyi məlumat yayıb.

Parlament “Televiziya və radio yayımı haqqında” qanuna düzəlişləri ikinci və üçüncü oxunuşda qəbul edib. Yeni qaydalara əsasən, qırğız dilində yayımların ümumi yayımın azı 60 faizini təşkil etməsi tələb olunur. Bu da rus dilində verilişlərin azalmasına səbəb olacaq.

Bundan başqa, Qırğızıstanda dövlət qulluqçularının qırğız dilini bilməsi məcburi olacaq. Rəsmi dili bilməyən şəxslər dövlət vəzifələrinə qəbul olunmayacaqlar.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər