Qəzzanın şimalına təqribən 200 min nəfər qayıtdı
Atəşkəs elan edildiyi andan etibarən, Qəzza zolağının şimalına təqribən 200 min nəfər qayıdıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" Qəzzada HƏMAS-ın nəzarətində olan Mülki Müdafiə Agentliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, İsrail və HƏMAS atəşkəs barədə razılığa gəliblər. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.
Sənədə əsasən, tərəflər döyüş əməliyyatlarını tamamilə dayandırmağı, girov və məhbusların mübadiləsinin aparılması üçün təhlükəsiz şəraiti təmin etməyi öhdələrinə götürüblər.