Qəzzada aclıqdan ölənlərin sayı 147-yə çatdı
Qəzza zolağında son 24 saat ərzində biri uşaq olmaqla daha 14 fələstinli aclıqdan həyatını itirib. Bununla da aclıq səbəbindən ölənlərin ümumi sayı 147-yə yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Fələstin Səhiyyə Nazirliyinin Qəzzə üzrə Baş direktoru Munir əl-Burş özünün “X” sosial şəbəkə hesabında paylaşaraq bildirib.
Burşun sözlərinə görə, aclıqdan ölənlərin 88-i uşaqdır.
Töhfə Səməd