Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ

Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ
15.08.2026 23:55 Dünya

Qətər İranlı pilotların ölkənin hava məkanını pozduqdan sonra saxlanılması barədə məlumatları rədd edib.

TodayPress TV xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid əl-Ənsari "X" sosial şəbəkəsində yazıb.

"İranlı pilotların saxlanılması ilə bağlı yayılan bəyanatları qəti şəkildə təkzib edirik və hazırda, regionda gərginliyin azaldılmasına yönəlmiş davamlı diplomatik səylər və təşəbbüslər fonunda bu yanıltıcı bəyanatlara təəccüblənirik", - deyə o bildirib.

Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Qətər tərəfi pilotların ölkənin hava məkanını pozmasından və hücum trayektoriyasının təsdiqlənməsindən sonra onlarla əlaqə yaradıb. Bundan sonra hərbçilər pilotlarla yenidən əlaqə saxlamağa çalışıblar, lakin cavab almayıblar.

O qeyd edib ki, Qətər beynəlxalq hüquqa və güc tətbiqi qaydalarına uyğun olaraq ərazisini qorumaq üçün zəruri tədbirlər görüb, həmçinn bu məlumatı rəsmi kanallar vasitəsilə çatdırıb.

Xatırladaq ki, İran avqustun 15-də Qətər hərbçilərinin mart ayında döyüş uçuşu zamanı təyyarələrin qəzaya uğramasından sonra üç İran Su-24 pilotunu əsir saxladığını bildirib. İran Silahlı Qüvvələri Baş Qərargahının itkin düşənlərin axtarışı komitəsinin rəhbəri Məhəmməd Baqerzade pilotların təxminən altı aydır əsirlikdə olduqlarını və ailələri ilə əlaqələrinin olmadığını iddia edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər