Qətər İrandan kompensasiya tələb edir

Qətər İrandan kompensasiya tələb edir
08.04.2026 17:37 Dünya

Qətər Xarici İşlər Nazirliyi rəsmi saytında yaydığı bəyanatda bildirib ki, İran baş vermiş hücumlar nəticəsində yaranmış zərəri ödəməlidir.

TodayPress TV xəbər verir ki, aprelin 8-də ABŞ ilə İran arasında iki həftəlik atəşkəs sazişi imzalanıb.

Sənədə əsasən, İrana müəyyən kompensasiyanın ödənilməsi nəzərdə tutulsa da, bu razılaşma Tehranın digər ölkələr qarşısında öhdəliklərini əhatə etmir.

Qətər tərəfi vurğulayıb ki, regionda baş verən hücumların yaratdığı zərərin ödənilməsi ayrıca şəkildə nəzərdən keçirilməli və beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır.

Türka İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər