Qərbin “könüllülər koalisiyası” Ukraynaya qoşun göndərməyəcək
Dünya
07.01.2026 13:21
Fransa bildirib ki, Böyük Britaniya istisna olmaqla Qərbin “könüllülər koalisiyası” Ukraynaya qoşun göndərməyəcək,
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Vətənpərvərlər Partiyasının sədri Florian Filippot sosial media səhifəsində Almaniya, ABŞ və İtaliyanın bu addımı riskli saydığını bildirib.
Onun sözlərinə görə, bu, qaçılmaz olaraq Rusiyaya qarşı müharibəyə səbəb ola bilər.
Qeyd edək ki, yanvarın 6-da Parisdə Avropa liderləri, ABŞ Prezidentinin səfiri Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qatıldığı “könüllülərin koalisiyası” sammiti keçirilib. Görüşdə Prezident Volodimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti də iştirak edib.
Zirvə görüşündən sonra Uitkoff Ukraynadakı münaqişənin həlli istiqamətində “əhəmiyyətli irəliləyiş” əldə edildiyini bildirib. O, buraya Kiyev üçün təhlükəsizlik zəmanətlərinin və ölkənin iqtisadi çiçəklənməsi üçün planın daxil olduğunu qeyd edib.
Lakin “Politico” qəzetinin məlumatına görə, ABŞ Parisdə keçirilən sammitdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı birgə bəyanata imza atmayıb.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl həm Rusiya, həm də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməli olduğunu bildirmişdi.
Jalə Rövşən
tag: Stiv Uitkoff ,Cared Kuşner ,Qərbin “könüllülər koalisiyası”,Ukrayna ,Todaypress.tv,
