Qazaxıstanda yeni müdafiə naziri təyin edildi

Qazaxıstanda yeni müdafiə naziri təyin edildi
08.06.2025 22:15 Dünya

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyinə yeni rəhbər təyin edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Tengrinews.kz” dövlət başçısının mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə, prezidentin fərmanı ilə Dauren Jümatayeviç Kosanov Qazaxıstan Respublikasının müdafiə naziri təyin olunub və əvvəlki vəzifəsindən azad edilib.

Təyinata qədər Kosanov müdafiə nazirinin müavini – Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı vəzifəsində çalışıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər